SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə Qış parkının yaxınlığında yerləşən klubların birində qeydə alınıb.

Klubda müştəri olan 1987-ci il təvəllüdlü Əliyeva Saina Vəkil qızı tanışı tərəfindən bıçaqlanıb. O, bədənin çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Yaralının vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

BAKU.WS