SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Nərimanov rayonunda azyaşlı bıçaqlanıb.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə Təbriz küçəsində baş verib.

Belə ki, 2009-cu il təvəllüdlü Ağakişiyev Nihat Murad oğlu həmyaşıdları ilə mübahisə zamanı ayağından bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Fakt Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.

BAKU.WS