SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün saat 21:30 radələrində Lökbatan qəsəbəsində hərəkətdə olan “Kamaz” markalı, 99-RO-354 nömrə nişanlı yük avtomobilinin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini aşırtmışdır.

Bu barədə Baş DYP İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev BAKU.WS-in sorğusuna cavab olaraq bildirib.

“Aşma nəticəsində yük avtomobilində olan mişar daşı yola dağılmışdır. Qəza nəticəsində xəsarət alan olmayıb. Hadisə yerinə dərhal yaxınlaşan YPX əməkdaşları yolda təhlükəsizliyi təmin edərək hərəkətin fasiləsiz bərpası istiqamətində müvafiq tədbirlər görmüşlər”, - deyə qurum rəsmisi bildirib.

Qeyd edək ki, yolda hər hansı bir qapanma yoxdur. Hazırda yolda təmizləmə işləri yekunlaşmaq üzrədir.

***21:39

Bakıda ağır yük daşıyan “Kamaz” markalı avtomobil aşıb.

Hadisə şahidlərinin BAKU.WS-in “Qaynar xətti”nə verdikləri məlumata görə, qəza Qaradağ rayonu, Lökbatan yolunda baş verib.

Belə ki, mişar daşı yükü ilə dolu “Kamaz” aşıb və yük yerə dağılıb. Əraziyə post patrul əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Ziya SƏCCAD
BAKU.WS
VİDEO

VİDEO