SİZİN REKLAM BURADA!
055 213 76 73


Sabirabad rayonunda bir nəfər şəxs öz avtomobilini küçədə yandırıb.

BAKU.WS-in məlumatına görə, hadisə ötən gün baş verib. 

Məsələ ilə bağlı DİN-in mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, fevralın 20-də Sabirabad rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olan şəxsin avtomobilini yandırması ilə bağlı polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı bildirib ki, şəxsin avtomobilini yandırmasına səbəb digər taksi sürücülərinin onun fəaliyyətinə maneəçilik törətməsidir.

Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar aparılır.

BAKU.WS
VİDEO