SİZİN REKLAM BURADA!
055 213 76 73


DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə Bakı şəhər sakinləri Oqtay Yaqubov və Rəşad Məlikovun müvafiq icazələri olmadan stasionar postlardan kənar, alternativ yollarla işğaldan azad edilmiş ərazilərə keçdikləri müəyyən olunub.

Bu barədə BAKU.WS-ə DİN-in mətbuat xidmətindən bildirilib.

Hər iki şəxs barəsində inzibati qaydada protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. Onların hər biri 20 gün müddətinə inzibati qaydada həbs olunub.

BAKU.WS