SİZİN REKLAM BURADA!
055 213 76 73


İsmayıllı rayonunun Quşencə kəndi ərazisindəki meşə sahəsində vələs ağaclarının kəsilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, keçirilən müvafiq tədbirlər nəticəsində həmin ağacların kənd sakini Coşqun Mitəlov tərəfindən kəsildiyi müəyyən edilib və onun izahatı alınıb.

Faktla bağlı şöbənin təhqiqat bölməsində araşdırma aparılır.

BAKU.WS