SİZİN REKLAM BURADA!
055 213 76 73


Səbail Rayon İcra Hakimiyyəti rayon ərazisində yol kənarındakı ağacların kəsilməsi xəbərlərinə münasibət bildirib.

BAKU.WS-in məlumatına görə, qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ünvanda ağacların kəsilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi əsasında həyata keçirilib:

“Belə ki, ərazidə iki irigövdəli ağac güclü külək səbəbindən bir neçə gün öncə aşıb. Ağac yolun hərəkət istiqamətinə aşdığı üçün onun budaqlarını baltalayaraq yolun kənarına atıblar. Daha üç ağac isə quruyub. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi müvafiq rəy əsasında həmin ağaclar kəsilib”.

*** 11:31

Paytaxtın Səbail rayonu ərazisində yol kənarındakı ağacların kəsilməsi ilə bağlı fakt təsdiqini tapıb.

BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

O bildirib ki, qurumun əməkdaşları tərəfindən aparılan araşdırma zamanı sözügedən ünvanda üç ağacın kökündən çıxarıldığı müəyyən edilib:

“Hazırda ağacların hansı təşkilat tərəfindən götürüldüyünün müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam edir. Araşdırma başa çatdıqdan sonra təqsirkarlar barəsində qanunamüvafiq tədbirlər görüləcək”.

*** 10:15

Bakıda yolu genişləndirmək üçün ağacların kəsildiyi iddia edilir.

BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.

Belə ki, söhbət paytaxtın Qurban Abbasov küçəsindən gedir.

Vətəndaş bildirib ki, sözügedən ünvanda avtomobil yolunun genişləndirilməsi üçün ağaclar köçürülür.

Yayılan video ağaclara ziyan vurulduğu aydın görünür.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanlanıb.

Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkədə yayılan görüntülərlə bağlı araşdırma aparılır.

Həmin görüntüləri təqdim edirik:

BAKU.WS
VİDEO