SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, qəza Ramana qəsəbəsində qeydə alınıb.

Belə ki, 1978-ci il təvəllüdlü Aytəkin Sadıqova idarəetməsində olan “Hyundai” markalı avtomobildə qəfil sükana nəzarəti itirib.

Nəticədə maşın divara çırpılıb. Qəza zamanı sürücü A.Sadıqova bud sümüyünün sınığı, sərnişinləri 1982-ci il təvəllüdlü Kənarə Salmanova döş qəfəsi sümüklərinin sınığı, 1979-cu il təvəllüdlü Turan Mehdiyeva isə bilək sümüyünün sınığı diaqnozları ilə Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.

Digər iki sərnişin qadının isə həyatı üçün təhlükə olmadığı üçün onlara ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.

BAKU.WS