SİZİN REKLAM BURADA!
055 213 76 73


Ucarda üç minik maşınının iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib, yaralılar var.

BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Rayonun Rəstəcə kənd sakini, 1973-ci il təvəllüdlü Bəxtiyar Kazım oğlu Kazımovun idarə etdiyi "VAZ-2104" markalı avtomobillə 2001-ci il təvəllüdlü Famil Səməd oğlu Rüstəmovun idarə etdiyi "Mercedes" markalı minik maşını və daha bir "Mercedes" toqquşub.

Nəticədə 3 nəfər xəsarət alıb.

Ucar Mərkəzi Rayon Xəstəxanasından bildirilib ki, yaralıların xəsarətləri yüngül olduğundan müayinədən sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
QALEREYA