SİZİN REKLAM BURADA!
055 213 76 73


Bəzi sosial şəbəkələrdə İsmayıllı rayonunda zəlzələ olması ilə bağlı məlumatlar yayılıb.

BAKU.WS xəbər verir ki, Türkiyədəki dəhşətli zəlzələlərdən sonra belə bir xəbərin yayılması insanlar arasında təşvişə səbəb olub.

Sözügedən halla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi ilə əlaqə saxladıq.

Bildirildi ki, İsmayıllı rayonu ərazisində heç bir zəlzələ baş verməyib. Ölkədə zəlzələ baş verən zaman bu barədə məlumat Mərkəzin saytında yerləşdirilir.

BAKU.WS