SİZİN REKLAM BURADA!
055 213 76 73


“Mehnur” Reabilitasiya Mərkəzi ilə bağlı bir sıra faktlar ortaya çıxıb.

Qaynarinfo sözügedən mərkəzlə bağlı araşdırma aparıb. Məlum olub ki, “Mehnur” Reabilitasiya Mərkəzinin rəhbəri defektoloq-loqoped Nuranə Hacızadədir.

Nuranə Hacızadə bu mərkəzin adını Mahirə və Nuranə adının birləşməsindən götürüb. Mahirə Nuranə Hacızadənin anasıdır. Mərkəzin açılışı 2018-ci ilin yanvar ayında baş tutub.

Məşhurlar açılış mərasimində iştirak edib. Nuranə Hacızadə mərkəzin açılışından sonra defektoloq-loqoped kimi daha da məşhurlaşıb. O, bir sıra televiziya kanallarında çıxışlar da edib.

Əslən Naxçıvanlı olan Nuranə Hacızadənin anasının yüksək vəzifədə çalışdığı deyilir.

Qaynarinfo-ya daxil olan məlumata görə, hüquq-mühafizə orqanları Nuranə Hacızadəni saxlayıb.

***14.06

Uşaqlara işgəncə verən “Mehnur” Reabilitasiya Yaşam Mərkəzi bu gün fəaliyyətini dayandırıb.

BAKU.WS Yeni Sabah.az-a istinadla xəbər verir ki, bu gün körpələr mərkəzə qəbul olunmayıb. Buna səbəb mərkəz əməkdaşlarının hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmaya cəlb olunmasıdır. Ehtimal olunur ki, işgəncə faktları yayılandan sonra mərkəzin fəaliyyəti ümumiyyətlə dayandırılacaq.

Hazırda uşaqları mərkəzdə müalicə üçün yerləşdirilən valideynlər “Mehnur” Reabilitasiya Yaşam Mərkəzinin qarşısına toplanıb.

Yayılan videoda döyülən 4 yaşlı Cavid Cəbrayılovun anası Qasımova Səbinə açıqlamasında bildirib ki, övladının eşitmə əngəli var:

“İki aydır uşağı müalicə üçün bu mərkəzə qoymuşduq. Əvvəl kamera ilə izləyə bilirdik, amma sonradan dedilər ki, kameralar xarab olub. Uşağın döyüldüyü yer dəhlizdir. Uşağın üzündə xəsarətlər də var”.

Maraqlıdır ki, mərkəzin əməkdaşları jurnalistlərin əraziyə toplanmasına qarşı aqressiv münasibət göstərib, onları uzaqlaşdırmağa cəhd göstəriblər.

13:02

“Yeni Sabah”ın “Mehnur” Reabilitasiya Yaşam Mərkəzində olan əməkdaşının verdiyi xəbərə görə hazırda polis əməkdaşları mərkəzdə araşdırma aparır.

Mərkəzin bir neçə əməkdaşı dindirilmə üçün Nizami Rayon Polis İdarəsinə aparılıb.

Hazırda mərkəzə giriş dayandırılıb, nə uşaqlar, nə də valideynlər içəri buraxılmır.

Bildirilir ki, uşaqlara işgəncə verən mərkəzin Aytac adlı əməkdaşı olub. Məlum video yayılandan sonra isə bu gün səhər saatlarında bir qrup valideyn mərkəzə gəlib. Valideynlərlə mərkəz əməkdaşları arasında qarşıdurma baş verib.

***12.57

Bakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verilməsi ilə bağlı yeni görüntülər yayılıb.

BAKU.WS xəbər verir ki, kadrlarda mərkəzin üç əməkdaşının azyaşlıya qarşı zorakılıq etməsi müşahidə olunur.

Qeyd edək ki, "Mehnur" loqopedik mərkəzində uşaqlara şiddət göstərilməsinin əks oludunğu görüntülər yayılıb.

Mərkəzdən yeni görüntüləri təqdim edirik:

BAKU.WS
VİDEO

QALEREYA