Azərbaycan ədəbiyyatının yaxın dostu ailəsi ilə birlikdə Türkiyədəki zəlzələdə həlak oldu - FOTO

Azərbaycan yazıçılarının əsərlərini Türkiyə türkcəsinə tərcümə edən tərcüməçi Abdulkadir Özkan Türkiyədəki zəlzələdə vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə teatrşünas Anar Bürcəliyev məlumat yayıb. Onun sözlərinə görə, Özkan Kahramanmaraşda ailəsi ilə birlikdə yaşadığı binanın altında qalıb.
Onu və aiəsini xilas etmək mümkün olmayıb:
"İstedadlı gənc yazar, Azərbaycanı ürəkdən sevən, Azərbaycan yazıçılarının əsərlərini Türkiyə türkcəsinə uyğunlaşdıran peşəkar tərcüməçi Abdulkadir Özkan Kahramanmaraşda baş verən zəlzələdə ailə üzvləri ilə birgə həlak olub. Abdulkadir Özkan Azərbaycan ədəbiyyatının ən yaxın dostu kimi xatirələrdə yaşayacaq. Ruhu şad, məkanı cənnət olsun. Amin!"

Oxşar xəbərlər
2022-ci ilin ən səs-küylü ölümləri - Azərbaycanlı məşhurlar haqda bilmədikləriniz - FOTO
2022-ci il həm də Azərbaycanın mədəniyyət və incəsənət aləmində kədərli hadisələrlə yadda qaldı. Bir çox tanınmış Xalq artistləri, Əməkdar artistlər dünyasını d...
