SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Binəqədi rayonunda yol qəzası baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, avtoqəza Biləcəri qəsəbəsində qeydə alınıb.

“Toyota” markalı maşının sürücüsü Xurşidbanu Natavan küçəsində yüksək sürətlə hərəkətdə olan zaman yol kənarında dayanan “Mercedes” və “Chevrolet” markalı avtomobillərə çırpılıb.

İdarəetmədən çıxan “Toyota”, yol nişanına və səkiyə çırpılaraq dayanıb.

Qəza nəticəsində “Toyota”nın sürücüsü xəsarət alıb.

Faktı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

BAKU.WS
QALEREYA