SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncə şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasından qeyri-qanuni yolla ölkə ərazisinə gətirilmiş narkotik vasitəni onlayn yolla sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryer saxlanılıb.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Araşdırmalar zamanı məlum olub ki, Sumqayıt şəhər sakini Ramil Əliyev sosial şəbəkələr üzərindən İran vətəndaşından Gəncə şəhəri ərazisində gizlədilən narkotik vasitəni 6000 manat qarşılığında Bakı şəhərinə gətirməyə razılaşıb.

Həmin şəxs Gəncə şəhərində saxlanılaraq Baş Polis İdarəsinə gətirilən zaman əlindəki çantadan ümumi çəkisi 9 kq 507 qram narkotik maddə olan heroin və 30 ədəd metadon həbi aşkarlanaraq götürülüb.

Saxlanılan şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.

BAKU.WS
QALEREYA