SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə ağır yol qəzası baş verib. 

BAKU.WS xəbər verir ki, Bingöl ərazisində yaşanan bədbəxt hadisəyə şiddətli qar səbəb olub. Yollar buzlu olduğundan sürücü idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi aşıb. 

Qəza zamanı avtobusdakı 12 nəfər ağır xəsarət alıb. Hadisə baş verən əraziyə polis əməkdaşları və təcili yardım briqadası cəlb olunub.

Yaralılar dərhal xəstəxanaya aparılıb. Hazırda Bingöl Dövlət Xəstəxanasında müalicələri davam edən zərərçəkənlərin vəziyyətlərinin yaxşı olduğu bildirilir. 

Hadisə ilə bağlı araşdırmalara başlanılıb. 

Zöhrə Pənahi
BAKU.WS