Bakıda qadın və kişi binanın damında intihara cəhd ediblər - FOTO

Bakıda qadın və kişi binanın damında intihara cəhd ediblər - FOTO
Foto
Hadisə 402

Bakının Binəqədi rayonunda intihara cəhd olub.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

Belə ki, Məmməd Səid Ordubadi küçəsində qadın və kişi beşmərtəbəli binanın damına çıxaraq ordan intihar edəcəklərini bildiriblər.

Bunu görən ətrafdakı insanlar polisə məlumat veriblər.

Əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib.

Həmin şəxslərlə FHN-in psixoloqları söhbət apardıqdan sonra onlar fikirlərindən daşınıblar.

Hər iki şəxs izahatları alınması üçün polis bölməsinə aparılıb.

Son xəbərlər