VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın İrandakı Səfirliyinə terror hücumunda şəhid olan Orxan Əsgərovun nəşi Bakıya gətirilib.

Oxu.Az xəbər verir ki, hazırda şəhidin nəşi Heydər Əliyev Beynəlxalq Hava Limanında ailəsinə təhvil verilib və daha sonra Təzəpir məscidinə aparılıb.

O.Əsgərov sabah Bakıda İkinci Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

***22.15

Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarını, yaralıları və şəhidimizin nəşini gətirən Azərbaycana məxsus təyyarə Bakıya gəlib.

Təyyarə bir neçə dəqiqə öncə Heydər Əliyev adına Hava Limanına eniş edib.

***22.00

Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı şəhid olmuş Orxan Əsgərovun cənazəsi Tehrandan Bakıya yola salınıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, səfirliyin təxliyə olunmuş əməkdaşları, onların ailə üzvləri, eləcə də hücum zamanı səfirliyin yaralanmış iki əməkdaşı təyyarə ilə Bakıya yola düşüb.

Qeyd edək ki, yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.

Terror aktı nəticəsində səfirliyin mühafizəsini təşkil edən baş leytenant Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı xəsarət alıb.

***18:34

Azərbaycan Respublikasının İrandakı səfirliyinin əməkdaşlarının təxliyəsi ilə bağlı işlər yekunlaşmaq üzrədir.

BAKU.WS xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

O qeyd edib ki, bu gün səfirlik əməkdaşlarının və onların ailə üzvlərinin, eyni zamanda, şəhid Orxan Əsgərovun cənazəsinin ölkəyə gətirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, İranda şəhid olan Orxan Əsgərovun nəşinin Azərbaycana gətirilməsi üçün XİN tərəfindən müvafiq tədbirlər görülüb. Bu məqsədlə Azərbaycan tərəfindən təyyarə ayrılıb, Azərbaycana məxsus təyyarə Tehranda hava limanında gözləyir.

Lakin İran növbəti dəfə İslami dəyərlərə hörmətsizlik göstərərək, riyakarlıq nümayiş etdirərək şəhidimizin nəşinin verilməsini bürokratik əngəllərlə, süni şəkildə ləngidirdi.

BAKU.WS
VİDEO

VİDEO