SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Binəqədi rayonu Binəqədi şosesi, döngə 1-in sakinləri yolsuzluqdan və yağış sularının yaratdığı problemlərdən əziyyət çəkirlər. Kanalizasiya şəbəkəsinin pis vəziyyətdə olması səbəbindən bir neçə gün öncə Bakıya yağan yağış suları hələ də evlərdən və həyətlərdən çəkilməyib.

Bu barədə "Bizim Yol”a məlumat verən sakin Polad Nəsibov bildirib ki, problemlə bağlı yerli icra hakimiyyətinə edilən müraciətlər nəticəsiz qalıb.

Onun sözlərinə görə, iki minə yaxın əhalinin yaşadığı ərazidə 2003-cu ildən yaşayış massivi salınıb. Eyni zamanda bu ərazidə küçələrə hələ də adlar verilməyib, sakinlərin əksəriyyətinin daşınmaz əmlakla bağlı mülkiyyət kağızı yoxdur.
 
BAKU.WS