VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, qəza Vaqif prospekti ilə Xan Şuşinski küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, "Toyota Camry" və "Chrysler" markalı minik avtomobilləri toqquşub.

"Chrysler" markalı avtomobilin sürücüsü zərbə nəticəsində idarəetməni itirərək maşını təxminən 100-150 metr qabağa apararaq işıq dirəyinə çırpıb və dayanıb.

Qəza nəticəsində 1989-cu il təvəllüdlü Güləliyeva Aynur Ramiz qızı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Avtomobillər ərazidən uzaqlaşdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

BAKU.WS
QALEREYA