SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda 19 yaşlı oğlan özünü çoxmərtəbəli binadan atıb.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, ötən gecə saat 21 radələrində 2004-cü il təvəllüdlü O.İ. özünü Binəqədi rayonu İ.Hacıyev küçəsində yaşadığı binanın 12-ci mərtəbəsinin eyvanından atıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

O.İ. reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS