SİZİN REKLAM BURADA!
055 213 76 73


Abşeron rayonunun Məmmədli kəndində yerləşən yeddimərtəbəli yaşayış binasında baş vermiş yanğın söndürülüb.

BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

***12:52

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində Abşeron rayonu, Məmmədli kəndində yerləşən yeddimərtəbəli yaşayış binasındakı yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Yanğınla mübarizə tədbirlərinə Fövqəladə Hallar Nazirliyinin ümumilikdə 25-ə yaxın texnika və 130 nəfərə yaxın canlı qüvvəsi cəlb olunub.

Əlavə məlumat veriləcək.

***12:02

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Məmmədli kəndində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əraziyə kifayət qədər texnika və canlı qüvvə cəlb olunub.

Əlavə məlumat veriləcək.

***11:02

Abşeronda altımərtəbəli yaşayış binasında yanğın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Belə ki FHN-in “112” qaynar telefon xəttinə Abşeron rayonu, Məmmədli kəndində altımərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Əlavə məlumat veriləcək.

BAKU.WS

QALEREYA