SİZİN REKLAM BURADA!
055 213 76 73


Samuxda zəhərlənmə faktı qeydə alınıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Eldar-Kəsəmən kəndində baş verib.

Belə ki, 2008-ci il təvəllüdlü Rahib Abdulayev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

14 yaşlı oğlanın vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, 14 yaşlı yeniyetmə yaşadığı evdə dəm qazından zəhərlənib.

BAKU.WS