SİZİN REKLAM BURADA!
055 213 76 73


Ağstafada zəhərlənmə faktı qeydə alınıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Kəsəmən kəndində baş verib.

Biri azyaşlı olmaqla, bir ailənin 4 üzvü yaşadıqları evdə dəm qazından zəhərləniblər. Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin ağır olduğu bidirilir.

Ağstafada dəm qazından zəhərlənənlərin adları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, dəm qazından 1967-ci il təvəllüdlü Məmmədova İradə Paşa qızı, 1988-ci il təvəllüdlü Məmmədov Rəşad İbrahim oğlu, 1984-cü il təvəllüdlü Məhərrəmova İlhamə Məhər qızı və 1989-cu il təvəllüdlü Məmmədov Emil İbrahim oğlu zəhərlənib.

Evdə olan azyaşlı - 2010-cu il təvəllüdlü Məmmədov İbrahim Rəşad oğlunda isə yüngül zəhərlənmənin elementləri olub.

BAKU.WS