SİZİN REKLAM BURADA!
055 213 76 73


“Azərişığ”ın iki əməkdaşını elektrik cərəyanı vurub, biri ölüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, hadisə bu gün saat 15:45 radələrində qeydə alınıb.

"Azərişıq ASC"nin Ağdaş şəhəri ərazisindəki elektrik şəbəkəsinin inzibati binasının həyətyanı sahəsində təmir işləri görən əməkdaşları - 1986-cı il təvəllüdlü Elşən Mustafayev və 1983-cü il təvəllüdlü Ceyhun Nəbiyevi elektrik cərəyanı vurub.

C.Nəbiyev hadisə yerində ölüb, yanıq xəsarətləri alan E.Mustafayev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

***20:13

“Azərişığ”ın iki əməkdaşını elektrik cərəyanı vurub.

Hadisə elektrik yarımstansiyasında baş verib.

Belə ki, Ağdaş Elektrik Şəbəkəsinin əməkdaşları 1983-cü il təvəllüdlü Nəbiyev Ceyhun Vahid oğlu və 1986-cı il təvəllüdlü Mustafayev Elşən Etibar oğlunu elektrik cərəyanı vurub.

Hadisə zamanı Nəbiyev Ceyhun Vahid oğlu hadisə yerində dünyasını dəyişib, Mustafayev Elşən Etibar oğlunun isə vəziyyəti ağırdır.//Qafqazinfo

BAKU.WS