VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Rusiyada məktəbdə müəllimlə şagirdin davası kameraya düşüb.
 
BAKU.WS-in məlumatına görə, Yekaterinburqda gənc müəllim ilk dərs günündə 8-ci sinif şagirdiylə mübahisə edib. Müəllim əsəblərini cilovlaya bilməyib və nəticədə xoşagəlməz hal baş verib. 

Münaqişə səkkizinci sinifdə tarix dərsi zamanı baş verib. Dərsə hazır olmayan şagird müəllimlə sərt cavab verib. Bundan sonra müəllim şagirddən gündəliyi təqdim etməyi tələb edib. Ancaq məktəbli müəllimə tabe olmayıb. Mübahisədən sonra gündəlik üstündə müəllimlə şagird dalaşmağa başlayıb. Sonda müəllim istəyinə çatıb və gündəliyi şagirdin əlindən alıb. 

Hadisənin görüntülərinin yayılmasından sonra şagirdə fiziki güc tətbiqi iddiası ilə polisə ərizə daxil olub. Bu hadisədən sonra müəllim ərizə yazaraq işdən çıxıb. 
 
Şahin Həbibov
BAKU.WS