Bakı-Sumqayıt yolunda sürücü piyadanı vuraraq öldürdü

Bakı-Sumqayıt yolunda sürücü piyadanı vuraraq öldürdü
Hadisə 76

Bakı-Sumqayıt avtomobil yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, 1979-cu il təvəllüdlü Zəminə Mürsəlovanı avtomobil vurub.

43 yaşlı qadın aldığı xəsarətlərdən dünyasını dəyişib. Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər