SİZİN REKLAM BURADA!
055 213 76 73


dekabrın 2-də Beyləqan rayonu Tatalılar kəndində bir ailənin 4 üzvü qətlə yetirilib.

“Qafqazinfo” qətlə yetirilən 1966-cı il təvəllüdlü Nadir Quliyev, 1971-ci il təvəllüdlü Tərgül Quliyeva və oğulları 1996-cı il təvəllüdlü Amin Quluzadə və 2002-ci il təvəllüdlü Xəyal Quluzadənin fotolarını əldə edib.

Qeyd edək ki, hadisəni mərhumların qonşusu, 27 yaşlı Fuad Cəlilzadə törədib. O, ata ilə ananı yaşadıqları evin həyətində, qardaşları isə qəbristanlıqda qətlə yetirib. Ailənin 4 övladı olub. Onlardan ikisi Bakı şəhərində yaşayır. Hadisənin genişlənməməsi və təhlükəsizlik tədbirləri nəzərə alınaraq qətli törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Fuad Cəlilzadənin ailəsi yaşadığı kənddən təxliyə edilib.

***09:00

Beyləqanda qonşular arasında illərdir davam edən ədavət dəhşətli sonluqla bitib.

BAKU.WS xəbər verir ki, dünən gecə saatlarında Beyləqan rayonunun Tatalılar kəndində bir ailənin 4 üzvü qətlə yetirilib.

Qətlləri törətməkdə şübhəli bilinən şəxs isə elə ailənin qonşusudur.

Qətlə yetirilmiş şəxslər - 56 yaşlı Nadir Quliyev, 51 yaşlı Tərgül Quliyeva, 26 yaşlı Amin Quluzadə və 29 yaşlı Xəyal Quluzadədir. Hadisəni törətməkdə şübhəli bilinən Fuad Cəlilzadənin ana və atanı yaşadıqları evin həyətində, qardaşları isə qəbiristanda qətlə yetirdiyi iddia olunur. Təhlükəsizlik məqsədilə kəndə giriş-çıxış nəzarətə götürülüb.

Hadisə şahidlərinin sözlərinə görə, iki qonşu arasındakı ədavət 2010-cu ildən davam edir. Həmin il Fuad Cəlilzadənin atası münaqişə zəminində qonşusu Nadir Quliyevi öldürməyə cəhd edib və o, məhkəmənin hökmü ilə 11 il azadlıqdan məhrum olunub. Lakin 6 ildən çox həbsxanada yatdıqdan sonra azadlığa buraxılıb. Bundan sonra ailələr arasında münasibətlər daha da pisləşib.

Mərhumların yaxınları baş vermiş hadisənin şokunda olduğunu bildirirlər.

Baş Prokurorluq da dəhşətli qətllə bağlı açıqlama yayıb.

Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

BAKU.WS
VİDEO

QALEREYA