Qəbələdə 49 yaşlı kişi itkin düşüb

30
noy
2022
21:29
Qəbələ rayon sakini itkin düşüb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, rayon sakini, 1973-cü il təvəllüdlü Həmidov Səyavuş İbrahimxəlil oğlu dünən saat 15:00 radələrində sahibi olduğu mağazadan çıxıb və geri qayıtmayıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Mənsimov bildirib ki, həmin şəxsin itkin düşməsi ilə bağlı Qəbələ Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Hazırda onun tapılması istiqamətində axtarış tədbirləri keçirilir.
Oxşar xəbərlər
Kirayə evə qadın gətirdi, ev sahibi polisə xəbər verdi və... - Dəhşətli qətlin təfərrüatı
Zaqatala rayonunda 2011-ci il fevralın 24-də öldürülmüş 1950-ci il təvəllüdlü Seyran Əyyubovanın qətlinin üstü 9 il sonra açılıb. BAKU.WS “teleqraf.com”a istina...