Bakıda “BMW” səkiyə çırpılıb, bir nəfər ölüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
BAKU.WS-in FHN-nə istinadən verdiyi xəbərə görə, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri köməyə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “BMW” markalı minik avtomobili səkiyə çırpılıb və 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti zədələnmiş avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Oxşar xəbərlər
Biləsuvarda ağır yol qəzasında ölənlərin kimliyi məlum olub - FOTO - YENİLƏNİB - 2
Biləsuvarda ağır yol qəzasında ölən şəxslərin kimliyi məlum olub. BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunlar "BMW" markalı minik avtomobilinin sürücüsü, 19...
