SİZİN REKLAM BURADA!
055 213 76 73


Baş verən hadisə ilə əlaqədar Siyəzən Müalicə Diaqnostika Mərkəzinin Təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb edilib.

Bu barədə BAKU.WS-ə TƏBİB-in mətbuat xidmətindən bildirilib.

Hadisə nəticəsində xəsarət alan 10 nəfər (hər biri qadın olmaqla) saat 08:40 radələrində tibb müəssisəsinin Təcili tibbi yardım bölməsinə yerləşdirilib.

Onların hər biri zəruri müayinələrdən keçirilib.

Pasiyentlərdən 8-nin vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb.

Digər xəstələrin müalicəsinə tibb müəssisəsinin Cərrahiyyə şöbəsində davam edilir.

*** 10:06

Siyəzən rayonunda mikroavtobusun aşması nəticəsində 10 nəfər yaralanıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunda, rayonun Zarat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 10 sərnişin Siyəzən Rayon Müalicə-Diaqnostika Mərkəzinə çatdırılıb.

Hazırda yaralıların kimliyi və hadisənin baş vermə səbəbləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
QALEREYA