13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 

 

 

Türkiyədə evlənmək istəyən çoban azərbaycanlılar tərəfindən aldadılıb.


BAKU.WS məlumat verir ki, Amasiyanın mərkəzində yerləşən Yassıçal kəndində çobanlıq edən Vedat Keçəçi, kənddə evlənmək istədiyi qızlar şəhərin mərkəzində yaşamaq istədikləri üçün başqa kəndlərdə qız axtarmağa başlayıb.

 

Bir tanışı vasitəsilə azərbaycanlı qız K.O. (29) ilə tanış olan 25 yaşlı Vedat, başlıq pulu üçün 12 min lirə verdikdən sonra, qızın dayısı kimi özünü tanıdan K.G və K.O ilə yaşadıqları kəndə dönüblər.

 

Ertəsi gün qıza qızıl almaq üçün zərgərə gediblər. 15 min lirəlik alver etdikdən sonra qız və dayısı gedib.


K.G-dan səs çıxmadığını görən Vedat, vəziyyəti başa düşüb və polisə müraciət edib.

 

Amasiya polisi daha əvvəl də eyni üsulla Kütahyada cinayət törətmiş qrupu tuta bilib. Pulları alıb Vedat Keçəçiyə qaytarıblar. Dələduzluqla məşğul olan qrup üzvləri isə həbs olunub.

 

Ayşən Ayxan

BAKU.WS