Balakəndə oğul pula görə atasını bıçaqladı - YENİLƏNİB

Balakəndə oğulun atasını bıçaqlamasının təfərrüatları məlum olub.
BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, iddialara əsasən, hadisələr Ramil Şabanovun nənəsinin yasında başlayıb.
Yasdan sonra isə Ramil atası Mahamadan pul istəyib. Bu zaman isə ata oğluna pul verməyib.
Nəticədə mübahisə böyüyüb və Ramil Şabanov atasını bıçaqlayıb.
***10:00
Balakəndə bıçaqlanma hadisəsi olub.
BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, hadisə rayonun Yeni Şərif kəndində qeydə alınıb. 29 yaşlı kənd sakini Ramil Şabanov atası Mahama Şabanovu bıçaqlayıb.
Hadisənin hansı səbəbdən baş verməsi hələlik bilinmir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisəni törədən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda dəhşətli qətl - FOTO
2018-сi il aprelin 21-də daxil olan məlumat əsasında Sabunçu RPİ 14-cü PB-nin əməkdaşları Maştağa qəsəbəsində üzərində zorakılıq əlamətləri ilə qəsəbə sakini Hə...
