Balakəndə 4 yaşlı qızı avtomobil vuraraq öldürüb

Balakəndə avtomobil 4 yaşlı qızı vuraraq öldürüb.
BAKU.WS Report-a istinadla xəbər verir ki, hadisə oktyabrın 5-i saat 18:20-də rayonun Hənifə kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1985-ci il təvəllüdlü İlkin Məmmədov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olan zaman 2018-ci il təvəllüdlü Mirvari Allahverdiyevanı vurub. Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Oxşar xəbərlər
Şəhid qızını avtomobillə vuraraq öldürən iş adamının oğluna 6 il həbs cəzası
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə...
