SİZİN REKLAM BURADA!
055 213 76 73


Ağsu rayonunda iki qadın itkin düşüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, rayonun Çaparlı kənd sakini, 28 yaşlı Gülnişan Səfərli avqustun 22-də yaşadığı ünvandan çıxaraq geri qayıtmayıb.

Onun əlamətləri belədir: boyu 155 sm, orta bədən quruluşlu, uzun qara saçlı, gözləri qəhvəyi rənglidir.

Bundan başqa Ağsu rayon Polis Şöbəsinə daha bir şəxsin itkin düşməsi barədə də məlumat daxil olub. Belə ki, rayon sakini, 1989-cu il təvəllüdlü Aybəniz Abdullayeva sentyabrın 2-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Şəkillərdə gördüyünüz şəxsləri görənlərdən və barələrində məlumatı olanlardan DİN-in "102”Xidməti-Zəng Mərkəzinə, həmçinin Ağsu Rayon Polis Şöbəsinə (020) 226-27-93 şəhər və (055) 820-14-20 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Fotoda Aybəniz Abdullayeva

 Fotoda Gülnişan Səfərli

BAKU.WS