SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Cəlilabadda gənc qadını gürzə sancıb.
 
BAKU.WS-in məlumatına görə, hadisə rayonun Musalı kəndində baş verib. Kənd sakini Esmira Tarverdiyeva həyətlərində paltar sərərkən ilan onun ayaq nahiyyəsindən sancıb. Gənc xanımın qışqırıq səsinə gələn yaxınları ilanı zərərsəzləşdirə biliblər. Məlum olub ki, qadını sancan ilan gürzədir. Esmira Tarverdiyeva atası tərəfindən Cəlilabad Mərkəzi rayon xəstəxanasına çatdırılıb.
 
Lakin onun səhhəti pisləşdiyi üçün təcili tibbi yardımla paytaxta göndərilib.
 
Azad Əliyev 
BAKU.WS