SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Cəlilabadda 45 yaşlı qadını əqrəb sancıb.

BAKU.WS Region TV-yə istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Zopun kəndində baş verib.

Kənd sakini Şəhla Səmədova həyətində yun toplayarkən əqrəb onun sol ayaq nahiyyəsindən sancıb.

O, əvvəlcə buna əhmiyyət verməsə də, ayağında şiddətli ağrıların artdığını hiss etdikdən sonra yaxınlarına xəbər verib.

Cəlilabad Mərkəzi rayon Xəstəxanasına çatdırılan xəstəyə əqrəb zəhəri əleyhinə zərdab vurulub.

Hazırda onun vəziyyəti orta ağır olaraq qalır.
 
BAKU.WS