SİZİN REKLAM BURADA!
055 213 76 73



İŞİD terror təşkilatı daha bir edam görüntüsü yayımlayıb.
 
BAKU.WS-in məlumatına görə, videoda yaşları 10-13 arasında dəyişən uşaqlar suriyalı dustaqları edam edir. Qatil uşaqlar arasında Əbu Abdullah əl Britani adıyla tanınan bir ingilis də var. İŞİD-in avropalı bir uşağı ilk dəfə belə bir videoda istifadə etdiyi ifadə edilir.

Britanyalı olduğu iddia edilən uşağın şəxsiyyətinin təsdiq edilə bilmədiyi deyilir. Uşaqların öldürdüyü beş məhbusun kürd olduğu bildirilir. 

Videoda uşaqların adları belə qeyd edilir: "Əbu İshaq Masri (Misirli), Əbu Abullah əl Britani (Britanyalı), Əbu Fuad əl Kürdi (kürd), Əbu əl Bara əl Tunis (Tunisli) və Yusuf əl özbəklər (Özbək)".
 
Şahin Həbibov
BAKU.WS