SİZİN REKLAM BURADA!
055 213 76 73


 
İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatı Ruqia Hassan adlı jurnalist qadının başını kəsərək edam edib.

BAKU.WS Türkiyə mətbuatına istinadən məlumat verir ki, Hassanın ötən il iyul-dekabr aylarında itkin düşdüyü bildirilirdi. Daha sonra məlum olub ki, jurnalist xanım İŞİD tərəfindən əsir götürülüb. 
 
Hassan "Raqa Is Being Slaughtered Silently” hüquq təşkilatı ilə əməkdaşlıq edib. Ruqia "Nissan İbrahim" ləqəbi ilə yazılar yazıb, sosial şəbəkələrdəki profilləri vasitəsilə İŞİD tərəfindən işğal olunan Rakkadakı vəziyyətlə bağlı mütəmadi məlumatlar paylaşıb. İŞİD bunları Ruqianın etdiyini müəyyən edib. Daha sonra jurnalist qadın təşkilat tərəfindən əsir götürülərək edam edilib. 

Qeyd edək ki, Ruqia Hassan bu ilin oktyabr ayından bəri terrorçular tərəfindən edam olunan 5-ci jurnalistdir. 
 
BAKU.WS