SİZİN REKLAM BURADA!
055 213 76 73


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Masallı rayonunun Qəriblər kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürmə işlərini sürətləndirmək və daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədilə, yanğınla mübarizə tədbirlərinə əlavə olaraq FHN-in Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

***14.54

Masallı rayonunda meşəlik ərazidə yanğın baş verib.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Yerli sakinlərdən birinin dediyinə görə, yanğın Masallı rayonunda yerləşən "İstisu" sanatoriyası yaxınlığında qeydə alınıb.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə bildirilib ki, Masallının Qəliblər kəndində açıq ərazidə seyrək ərazi yanır. Əraziyə FHN əməkdaşları cəlb olunub.

Əli İsmayıl
BAKU.WS