Əlverişsiz hava şəraitinə görə Moskvaya və Moskvadan çıxan on reys təxirə salınıb. 

BAKU.WS-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, ləğv olunanlar arasında Moskvanın Şeremetyevo aeroportundan Bakıya uçacaq iki reys də var.

Bakı vaxtı ilə 02:10-da Şeremetyevo aeraportundan Bakının Heydər Əliyev aeraportuna uçacaq SU1852 və 09:15-də uçacaq SU1853 reysləri ləğv olunub. hava limanının saytındareyslərin eyni vaxtla bir gün sonra uçuşu nəzərdə tutulduğu qeyd olunub. Moskva şəhəri Şeremetyevo hava limanının F terminalına giriş

Ümumilikdə isə Moskvanın Şeremetyevo və Domodedovo aeroportundan 28 reysin gəlişində, 61 reysin isə uçuşunda ləngimələr olub. 39 təyyarə aeroporta eniş edə bilməyib, 12 təyyarə isə uçuş həyata keçirə bilməyib.

Rusiya FHN-nin məlumatına görə çərşənbə axşamına keçən gecə Moskvada hava yağıntılı, leysan və ildırımlı olub. Küləyin sürəti saniyədə 17-19 metrə çatıb.
 
Azad Əliyev
BAKU.WS