SİZİN REKLAM BURADA!
055 213 76 73


Cəlilabad rayonunun Göytəpə şəhərində bazarla birgə 3 mərtəbəli restoran da yanıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, ilkin ehtimala görə, yanğın əvvəlcə sahəsi 360 kvadratmetr olan 3 mərtəbəli restoranda qeydə alınıb. Nəticədə restoran tamamilə yanıb.

Sonra alov 700 kvadratmetr ərazisi olan bazara keçib. Nəticədə bazarın 300 kvadratmetri və 20-yə yaxın mağazası yanıb. Güclü yanğının qarşısı yanğınsöndürənlər tərəfindən alınıb.

Ümumilikdə hadisə yerində 10 yanğınsöndürən avtomobil (3 avtomobil Cəlilabad rayon yanğından mühafizə hissəsi, 2 avtomobil Göytəpə şəhər yanğından mühafizə bölməsi, 2 avtomobil Masallı rayon yanğından mühafizə hissəsi, 1 avtomobil Biləsuvar rayon yanğından mühafizə hissəsi, 1 avtomobil Salyan rayon yanğından mühafizə hissəsi və 1 avtomobil N saylı hərbi hissəyə məxsus avtomobil) və rayon icra hakimiyyətinin 1 su maşını çalışıb.

Yanğın zamanı zərər çəkən 2 nəfər hadisə yerində olan təcili tibbi yardıma müraciət edib.

Hazırda hadisənin baş vermə səbəblərini aydınlaşdırmaq üçün təhqiqata başlanılıb.

BAKU.WS