SİZİN REKLAM BURADA!
055 213 76 73


Bərdədə bıçaqlanma hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, ötən gün rayonun Güloğullar kənd sakini, 1986-cı il təvəllüdlü Hümbətov İsmayıl Möhübbət oğlu bədəninin müxtəlif nahiyələrindən bıçaq yarası ilə Bərdə Müailicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Mərkəzdən verilən məlumata görə İ.Hümbətova tibbi yardım göstərilib, vəziyyəti stabildir.

Bərdə Rayon Polis Şöbəsindən isə bildirilib ki, İ.Hümbətov yaşadığı evdə ailədaxili münaqişə zəminində özünə xəsarət yetirib.

İsmayıl Hümbətovun məhkumluğunun olduğu, elektron qolbaq daşıdığı deyilir.

BAKU.WS