Tovuzdakı elektrik yarımstansiyasındakı yanğının səbəbi məlum olub

Tovuzdakı elektrik yarımstansiyasında yanğına səbəb 6 kv-luq xəttə izolyasiyalı xəttə qızma nəticəsində izolyasiyalı kabelin yanması olub.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Müstafayev məlumat verib.
"Qısa müddətdə yanğının qarşısı alınıb. Elektrik enerjisi təchizatı kəsilən bir neçə küçə ən qısa vaxtda alternativ xətlə elektrik enerjisi ilə təmin edilib", - o bildirib.
Qeyd edək ki, hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb. Yarımstansiyanın ərazisində 1 ədəd vakuum açarı və 10 p.m çıxış kabeli yanıb.
Oxşar xəbərlər
Tovuzda elektrik stansiyasında yanğın olub - YENİLƏNİB
"Tovuzdakı yarınstansiyada yanğın 6 kv-luq xəttə izolyasiyalı xəttin qızması nəticəsində baş verib". Bunu BAKU.WS-ə "Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri...
