Oğuzda yaşayış evi yanıb - FOTO

Oğuzda fərdi yaşayış evi yanıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, axşam saatlarında rayonun Mollalı kəndində, kənd sakini, 1988-ci il təvəllüdlü Nazim Yaqub oğlu Məmmədova məxsus ümumi sahəsi 100 kv/m olan kürsülü birmərtəbəli fərdi yaşayış evində yanğın baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və şəxsi heyətləri cəlb edilib. Hadisə nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Balakəndə ildırım evi vurub külə döndərdi
Balakəndə fərdi yaşayış evini ildırım vurub. BAKU.WS APA-ya istinadla xəbər verir ki, ötən gün axşam saat 22 radələrində rayonun Katex kəndində, kənd sakini Məm...
