SİZİN REKLAM BURADA!
055 213 76 73


Abşeron rayonu, Novxanı kəndində, dənizdə batan 1997-ci il təvəllüdlü Cəfərov Ərkan Naib oğlunun axtarışları başa çatıb.

BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Ə.Cəfərovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Nazirliyin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1500 metr aralı, nəzarətsiz ərazi) 1997-ci il təvəllüdlü Cəfərov Ərkan Naib oğlunun batması barədə məlumat daxil olmuşdu.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb edilmişdi.

BAKU.WS