SİZİN REKLAM BURADA!
055 213 76 73


“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Şəkinin Yeni Çələbixan qəsəbəsində bir gündə 58-dən çox vətəndaşın sudan zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət etməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

BAKU.WS-in məlumatına görə, ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı "Oxu.Az"a açıqlamasında bildirib ki, qəsəbə sakinləri Şəki şəhər abonentləri ilə eyni mənbədən su alırlar:

“Artıq qurumun baş texnoloqu məlumatlandırılıb. Bizim regional laboratoriya əməkdaşları tərəfindən sudan nümunə götürülüb, məsələ araşdırılacaq”.

*** 10:37

TƏBİB Şəkidə məcburi köçkünlərin məskunlaşdığı qəsəbədən bir gündə xəstəxanaya müraciət edən 58 nəfərin səhhəti ilə bağlı açıqlama verib.

BAKU.WS-in "APA"ya istinadən məlumatına görə, qurumdan bildirilib ki, ümumilikdə 58 nəfər xəstəxanaya müraciət edib ki, onlardan da 38 nəfəri uşaq olub:

“Müraciət edənlərin hər birinə ilkin təcili tibbi yardım göstərilib. Daha sonra onlar ambulator müalicə üçün evə buraxılıblar”.

*** 10:19

Şəkinin Yeni Çələbixan qəsəbəsində bir gündə 50-dən çox vətəndaş xəstəxanaya müraciət edib.

BAKU.WS "Oxu.Az"ın məlumatına əsasən xəbər verir ki, 58 nəfər qusma, qızdırma və islah əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxana gətirilib. Onlara köməklik göstərilib və evə buraxılıblar.

Vətəndaşların içməli sudan zəhərləndiyi ehtimal edilir.

Qeyd edək ki, müraciət edənlərdən 40 nəfəri yetkinlik yaşına çatmayanlardır.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS