12,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməkdaşları Bakıda əməliyyat keçiriblər.

Bu barədə BAKU.WS-ə Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, avqustun 14-də Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsinin və 3 saylı istintaq təcridxanasının əməliyyat aparatlarının Bakı Şəhəri Suraxanı Rayon Polis idarəsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Suraxanı rayonunun Zığ qəsəbəsindəki qəbristanlığın ərazisində xüsusi üsul ilə gizlədilmiş 1 ədəd "AKS" tipli, 5,45 kalibrli avtomat silah aşkar edilərək götürülüb.

Fakt üzrə Bakı Şəhəri Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
 
BAKU.WS

 

[xfgiven_instagram3]
VİDEO
[/xfgiven_instagram3]