Abşeronda içərisində avtomobillər olan emalatxana yanıb

Abşeronda içərisində avtomobillər olan emalatxana yanıb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Abşeron rayonunun Digah qəsəbəsində 8 boksdan ibarət ümumi sahəsi 256 m² olan (hər birinin sahəsi 32 m²) avtomobil təmiri sexinin 3 boksunun dam örtüyü və içərisində avadanlıqlar 96 m² sahədə, 2 boksunun içərisində təmirə dayanan 2 ədəd “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Yüksək temperaturdan 2 boksun lambirdən ibarət tavanı 60 m² sahədə əriyib. Sexin qalan hissəsi və içərisində olan digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxşar xəbərlər
Bakıda yanacaqdoldurma məntəqəsində yanğın baş verib
Bakı şəhərinin Sabunçu rayonunda yanacaqdoldurma məntəqəsində yanğın hadisəsi baş verib. BAKU.WS xəbər verir ki, bu barədə Fövqəlada Hallar Nazirliyi (FHN) məlu...
