Azərbaycanda pambıq sahəsində kütləvi zəhərlənmə

Azərbaycanda pambıq sahəsində kütləvi zəhərlənmə
Hadisə 83

Saatlı rayonunda kütləvi zəhərlənmə olub.

BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Nərimankənd kəndində fermer Lətifşah Qəhrəmanova məxsus pambıq sahəsində zəhərlənən 8 qadın Saatlı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Onlara kimyəvi maddədən zəhərlənmə diaqnozu qoyulub və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Zəhərlənən şəxslər bunlardır:

Nurəngiz Şövkətova – 1985

Zilan Şövkətova – 2007

Səlamət Qəhrəmanova – 1961

Arzu Qəhrəmanova – 1987

Zamirə Qəhrəmanova – 1988

Aygün Şəvgiyeva – 1995

Ayşəgil Qəhrəmanova – 2000

Dilbər Qəhrəmanova (Rusiya vətəndaşı) – 1995.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər