VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən axşam saatlarında Yuxarı Ləki kəndi ərazisində Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı, polis baş serjantı Samir Zamanpurun idarə etdiyi “VAZ-21011” markalı avtomobil ilə Ucar rayon sakini Dursun Məmmədovun idarə etdiyi “VAZ-21011” toqquşub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə bildirilib ki, nəticədə S.Zamanpur aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Digər nəqliyyat vasitəsinin sürücüsü və bir nəfər sərnişini isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Ağdaş rayon prokurorluğundan araşdırma aparılır.

***09:20

Ağdaşda yol qəzası zamanı sabiq polis əməkdaşı vəfat edib.

BAKU.WS "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə dünən gecə rayonun Yuxarı Ləki kəndində qeydə alınıb.

İlkin məlumatlara əsasən, uzun müddət Ağdaş və Zərdab Dövlət Yol Polisi İdarələrinin əməkdaşı olmuş Samir Zamanpur qəzada həyatını itirib. Onun qəzanı şəxsi avtomobili ilə törətdiyi, qarşıdan gələn digər maşınla toqquşduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, 2 iyul Azərbaycanda polis işçilərini peşə bayramı kimi qeyd olunur.

BAKU.WS
VİDEO

QALEREYA